4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Avroliqa: "Qarabağ" II səbətdə

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı səbəti müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi 2-ci səbətdə yer alacaq.

Buna reytinqdə “Qarabağ”dan üstün olan “Kopenhagen” (Danimarka) və “Dinamo” Zaqrebin (Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəb olub. Onların mübarizədən kənarlaşdırdığı “Trabzonspor” (Türkiyə) və “Bodo Qlimt”in (Norveç) Ağdam təmsilçindən reytinqdə geridə olması “Qarabağ”ın 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Hələlik 2-ci səbətdə “Qarabağ”la yanaşı, “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı dəqiqləşib. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra müəyyənləşəcək. 2-ci səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq.  

1-ci səbətin tərkibi isə belədir“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Ukrayna). Sonuncu 8-ci iştirakçı “Feyenoord” (Niderland) və ya qrupa düşəcəyi halda “Olimpiakos” (Yunanıstan) ola bilər. Bu komandalardan biri “Qarabağ”a rəqib olacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Püşkatmada 32 komanda iştirak edəcək ki, onlardan 22-si artıq müəyyənləşib:

"Roma” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Arsenal” (İngiltərə)

“Latsio” (İtaliya)

“Braqa” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Renn” (Fransa)

“Real Sosyedad” (İspaniya)

“Betis” (İspaniya)

“Union” (Almaniya)

“Frayburq” (Almaniya)

“Nant” (Fransa)

“Monako” (Fransa)

“Şturm” (Avstriya)

“Yunion” (Belçika)

“Mityülland” (Danimarka)

“Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Qarabağ” (Azərbaycan) 

“Trabzonspor” (Türkiyə)

“B0do Qlimt” (Norveç)

“PSV Eyndhoven” (Niderland)

Qrupun son 10 iştirakçısının adına AL-in pley-off mərhələsinin bugünkü cavab oyunlarından sonra aydınlıq gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31