4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Şamaxı”nın kapitanı 350-yə çatan 9-cu oldu

Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, “Şamaxı”nın kapitanının yubileyi Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib.

“Səbail”lə ev matçı 34 yaşlı yarımmüdafiəçinin 350-ci görüşü olub. Elvin ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov indiyədək 25 qola imza atıb.

O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.

Qeyd edək ki, “Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31