4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Sabah" "Neftçi"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, ikinci oyun günündə daha 1 matç keçirilib. "Sabah" "Neftçi"ni qəbul edib. Oyun "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Sabah" turnir cədvəlində vahid lider olub.

Qeyd edək ki, turun digər iki görüşü avqusun 21-də oynanılacaq.

Azərbaycan Premyer Liqası

III tur

20 avqust (şənbə)

“Sabah” - “Neftçi” - 2:1

Qollar: Yusuf Laval, 45+2 (0:1), Aleksey İsayev, 78 pen. (1:1), Emmanuel Apeh 90+1 pen (2:1)

Qaçırılan penalti: Kristian Sebalyos, 37 ("Sabah")

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov

“Bank Respublika Arena”.

21 avqust (bazar)

18:00. “Kəpəz” - “Qəbələ”

20:30. “Zirə” - “Sumqayıt”

19 avqust (cümə)

“Şamaxı” - “Səbail” - 1:1 

Avqustun 19-da keçirilməli olan "Turan Tovuz" - "Qarabağ" matçı Ağdam təmsilçisinin müraciətinə və Tovuz klubunun razılığına əsasən təxirə salınıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31