4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Vüqar Əsgərli: "Onlar möhtəşəm idilər"

"Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirik. Onlar möhtəşəm idilər. Üç oyundur ki, komandamız əzmkarlıq göstərir, amma qalib gələ bilmirik. Hazırlıq üçün qısa vaxtımız var idi. Çünki oyunlar arasında zaman çox deyildi. Rəqibi yaxşı analiz etmişdik. Cərimə meydançasında yaxşı çoxala bilirdik, ancaq tələskənlik olurdu. Bunu da zaman keçdikcə inkişaf etdirəcəyik. Vaxt lazımdır, gənc və perspektivli futbolçulara sahibik. Onlara inanmalıyıq, şans vermişik. Futbolçularımıza təşəkkür edirəm ki, bu cür oyun göstərdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın  baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Digər oyunlarla müqayisədə Şamaxıda azarkeş kütləsi çoxalır, futbolu sevməyə başlayırlar. Dünən axşam otelin qarşısına yığışmışdılar, futbolçuları dəstəkləməyə gəlmişdilər" - deyə o bildirib.

"Şamaxı"nın baş məşqçisi "Səbail"lə matçda buraxılan qolda kobud səhvə yol verən Fuad Bayramov haqda isə bu cür danışıb: "Komandada olan futbolçuların hamısı bizim üçün əhəmiyyətlidir. Bir səhvə görə Fuad Bayramovu və ya başqasını silib atmaq olmaz. Ona dəstək olmalıyıq. Səhv edə-edə yaxşı yerlərə gələcəklər. Oyundan sonra özü ilə də danışdıq ki, səhvdir, onsuz mümkün deyil. Komanda olaraq da oyundan-oyuna artıracağıq. Hazırlıq dövrümüz də qısa çəkib. Futbolçular məşqdə əzmkarlıq göstərirlər, hamısı oynamaq istəyir. Daha yaxşı “Şamaxı” görəcəksiniz".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31