29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Regekampfın Vyanadakı mətbuat konfransının vaxtı açıqlandı

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” (Vyana) - “Neftçi” oyunu öncəsi komandanın baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, tədbir avqustun 10-u Bakı vaxtı ilə saat 21:00-da “Alyans” stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra - saat 21:30-da isə təmsilçimizin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Rapid”in mətbuat konfransı, 20:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30