Ölkə futbolu
Qurban Qurbanov: "Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Səbail"i 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma barədə danışıb.
- Futbolçularımı təbrik edirəm. Həm sizin, həm bizim işimiz daha çox olacaq. Oyuna gəldikdə, çox vacib üç xalı qazandıq. Baxmayaraq ki, bir az narazılıq var idi. Rəqibi tam yaxından tanımırdıq, onların potensialını tam bilmirdik. Hər bir halda futbolçularım sona kimi çox əziyyət çəkdilər. İlk oyundan göründü ki, çempionat heç də asan olmayacaq. Bugünkü oyun göstərdi ki, bu çempionat ola bilər, keçən ilkindən daha maraqlı alınsın, çətin olsun. Futbolçularım hiss etdilər ki, hər oyuna ciddi yanaşmaq lazımdır. Mahmud Qurbanova, "Səbail"ə uğurlar arzulayıram. Daha məzmunlu oyun göstərəcəyik.
- Ötən ilki "Səbail"lə indiki "Səbail" arasında dəyişikliklər hiss olundu?
- Birinci oyundan fikir bildirmək çətin olar. Mahmud Qurbanov ola bilər düşüncələrini komandaya tam çatdıra bilməyib. Ötən mövsüm "Səbail"ə uduzmuşduq. Aftandil Hacıyev fərqli futbol oynadırdı. Bu il hiss olunur ki, daha iddialıdılar, transferləri daha çoxdur. Ola bilər ki, bu il iddialı olsunlar. Hansısa ümumi fikir bildirmək asan deyil.
- Futbolçularınızın zədələnəcəyindən sanki ehtiyarlanırdınız...
- Ola bilər ki, ehtiyatlanırdım. Qoruyub-saxlamaq istəsəm, də alınmaz. Çünki futbolçu adi bir epizodda zədələnə bilər. Futbolçuların güclərini də bölüşdürdüm. Ona görə bəzi rotasiyalar etdik. Kimisə qoruyacağımdan narahat deyildim.
- "Ferentsvaroş"un futbolçusu Ender Botka Macarıstan mətbuatına açıqlamasında Tofiq Bəhramov adına Respublika Stadionundakı kabab tüstüsündən şikayətlənmişdi...
- Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?
- "Ferentasvaroş"un çempionat oyunu təxirə düşdü, "Qarabağ" isə oynadı. Bu haqda fikriniz necədir?
- Fərqli yanaşmaq olar. Bundan əvvəlki turda rəqib də oynamışdı. Onlar da 1-2 oyunçularını rotasiya etmişdilər. Bəzi futbolçularım var idi ki, çox az oynayırdılar. İdman formaları yaxşı olmalıdır. Futbolçularıma güvəndim ki, 5-6 gün bəs edər. Futbolçularımın formadan uzaq düşməməsi haqda düşündüm. Məşqdə 20 eyni səviyyədə futbolçu olanda keyfiyyət daha çox olur. Qarşıda hansısa vacib oyunlardan sonra bəlkə biz də müraciət edə bilərik. Amma hazırda belə planımız yoxdur. İnanıram ki, 3-4 günü düzgün götür-qoy edib, futbolçuları daha yaxşı hazırlayacağıq.
- Yeni transferlər gözlənilir?
- Ehtimal var. Dayanmamışıq, baxırıq, danışıqlar gedir.
- Azarkeşlərin komandaya inamı daha da artıb, uğurun davamını istəyirlər. Siz nə düşünürsünüz?
- Bu fikirlər məni sevindirir. Həmişə futbolu azarkeşlər üçün oynamışıq. İstəyirik ki, azarkeşlər stadiondan məyus getməsinlər. Yaxşı oyun görüb, yaxşı nəticəyə sevinirlər. İnanıb güvənirlərsə, mütləq çalışmalıyıq ki, daha yaxşı olaq, daha böyük işlər üçün çalışmalıyıq. Bizim də inamımız var, onları sevindirmək istəyirik. Çalışacağıq ki, səfərdə azarkeşlərin güvənini itirməyək. Yaxşı nəticə üçün sona kimi oynaycağıq.
- Sosial şəbəkələrdə biletin qiymətilə bağlı etirazlar var. Bununla bağlı fikriniz var?
- Bu, mənə aid olmayan məsələdir. Əlbəttə, bütün insanların yaşayış tərzi eyni deyil. Ancaq inanmıram ki, çempionat oyunlarına bilet satışının olması azarkeş sayına təsir etsin. Klubda bu işlə məşğul olan ayrıca şəxslər var. Daim istərdim ki, azarkeşlər stadionu doldursunlar.
- Avrokuboklarda "Qarabağ" stadionu doldurur, amma yerli çempionatda az tutumu olan stsdion dolmur. Sizcə, problem nədədir?
- Futbol elə oyundur ki, gərək sevdirməyi bacarasan. Avropa oyunlarında minimum nəticələrə görə futbolu sevdirə bilmişik. Amma ölkə çempionatına sanki inam azdır. Ona görə maraq az olur. Hansısa yolla ölkə çempionatını sevdirmək lazımdır. Çox vacibdir. Bilmirəm hansı formada etmək lazımdır. İstərdik ki, stadion dolu olsun. Amma əfsuslar olsun ki, vəziyyət belədir, heç nə edə bilmərik. Amma "Qarabağ" olaraq arxamızda çox böyük azarkeş kütləsi hiss edirik. Bəlkə də gələcəkdə azarkeşlər üçün maraqlı nəsə edərlər ki, onlar da gəlsinlər. Buna ümidliyik.
- Julio Romao haqda fikriniz necədir? "Ferentsvaroş"la oyunda onu əsas heyətdə görə biləcəyik?
- Qarşıda bir neçə oyunumuz var. O, öz formasında deyil. Amma bu gün çox xoş təsir bağışladı, oyunundan razı qaldım. Baxmayaraq ki, neçə aylardır ilk dəfə 60-65 dəqiqə oynadı. Oyun intizamından çox xoşum gəldi. Ümumi futbol anlayışı məni qane etdi. Qarşıda bir neçə oyundan sonra daha yaxşı Romao görəcəyik. Ancaq tam əminliklə deyə bilməyəcəyəm ki, o, "Ferentsvaroş"la oyunda start heyətdə yer alacaq, ya yox.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
23:00
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi VİDEO
-
21:56
"Neftçi" və "Sumqayıt"dan qələbə
-
21:05
"Neftçi"dən "Turan Tovuz"a 3 cavabsız qol VİDEO
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi