29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

"Ferentsvaroş"un üzvü: "Bakıdakı oyunda manqal tüstüsü havanı daha da ağırlaşdırırdı"

"Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi".

Futbolxeber.az saytının məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

27 yaşlı sağ cinah müdafiəçisi bildirib ki, tüstü onsuz da pis olan havanı daha da ağırlaşdırıb: "Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi. Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".

Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da olacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30