29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Stanislav Çerçesov: “Budapeştdə hər şey yenidən başlayacaq”

“Ferentsvaroş”un baş məşqçisi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la ilk oyundan (1:1) sonra mətbuat konfransı keçirib.

- "Qarabağ"ın bəzi futbolçularının yoxluğunun fikrimcə, onların oyununa mənfi təsiri yox idi. Ancaq yenə də onların tam gücü barədə cavab görüşündən sonra danışmaq olar. Rəqibin evdə oynaması və azarkeş amilini qeyd etmək lazımdır. Bu səbəbdən bəzi anlarda geri çəkilirdik. Ancaq bu o demək deyil ki, tam olaraq müdafiədə oturmuşduq. Bundan əlavə, hava şəraitinin də oyunumuza təsiri oldu. Ancaq bizim də 1-2 qol imkanımız oldu. Bu, onu göstərir ki, müdafiə futbolu sərgiləmədik.

- Komandanızın oyunundan, yoxsa nəticədən daha çox razı qaldınız?

- Var oyun, var nəticə. Komanda bütün lazımi sözləri məndən sabah eşidəcək. Elə şeylər var ki, öz aramızda danışırıq. Bu, ictimaiyyət üçün deyil. Deyəcəyim sözləri növbəti matçda nümayiş etdirəcəyik.

- Ramil Şeydayev vaxtilə Rusiya futbolunun gələcəyi hesab olunurdu. Onun bugünkü səviyyəsi sizi nə dərəcədə təəccübləndirir və enişini nə ilə izah edə bilərsiniz?

- Ramili çox yaxşı tanıyıram. Amma o, hazırda digər komandada çıxış edir. Ona görə də Şeydayevin çıxışını həmkarım dəyərləndirsə, daha yaxşı olar. Mənim onun oyununu şərh etməyim düzgün olmaz.

- Cavab matçı öncəsi şansları necə dəyərləndirərdiniz?

- 1:1 hesabı o deməkdir ki, Budapeştdə hər şey yenidən başlayacaq.

- Mövsümün əvvəli ilə müqayisədə komandanızın hazırkı oyunu barədə nə deyə bilərsiniz?

- Artıq 4-5 rəsmi oyun keçirmişik. Bir neçə çətin səfər matçlarına çıxdıq. Həm bizim, həm də "Qarabağ"ın heyətində artıq zədəli oyunçular var. Amma istənilən halda komandamı təbrik etmək istəyirəm. Çünki futbolçularım qarşıya qoyulan tapşırıqları yerinə yetirmək iqtidarındadır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30