9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

PFL-in yeni prezidenti: "Kadr təyinatları mütləq olacaq"

"Mənə bir neçə gün vaxt lazımdır ki, hazırkı strukturu öyrənim və dəyişikliklərlə bağlı qərar verim. Yeni kadr təyinatları mütləq olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti seçilən Elxan Səmədov deyib.

48 yaşlı funksioner PFL prezidenti seçildiyi üçün AFFA və klub rəhbərlərinə təşəkkür etdiyini bildirib: "Bu vəzifəni mənə etibar etdikləri üçün onlara minnətdaram. Mənim üçün gözlənilməz təklif oldu. Rəhbərlik tərəfindən qarşımıza qoyulan birinci məqsəd yarışların tam şəffaf keçirilməsidir".

Elxan Səmədov Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün sponsorla danışıqların davam etdiyini də xatırladıb: "Böyük ehtimalla, qarşıdakı mövsüm sponsorla keçiriləcək. Hazırda danışıqlar aparılır. Yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək".

Qeyd edək ki, PFL-in əvvəlki prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31