9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Premyer Liqaya sponsorluq üçün yalnız 1 şirkət müraciət etdi

AFFA VƏ PFL YENİ SPONSORUN ADINI AVQUSTUN 1-DƏ AÇIQLAYACAQ: KLUBLAR ÜÇÜN ŞAD XƏBƏR

Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkətlər üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına müraciət üçün elan olunmuş vaxt artıq başa çatıb. 

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, bu gün 15:00-a qədər - təyin olunan vaxtın sonuna kimi yalnız 1 şirkət sponsorluq üçün müracit edib. Bu, "Azərlotereya" markası olan “Misli” mərc operatorudur. 

AFFA “Misli”nin Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2022/2023-cü illər mövsümünün yeni titul sponsoru olacağını gələn həftənin ilk günü - avqustun 1-də rəsmən açıqlayacaq. 

Qeyd edək ki, sponsorluq müqaviləsinə əsasən “Misli” Premyer Liqanın iştirakçısı olan 10 klubun hər birinə eyni məbləğdə maddi vəsait ayıracaq. Hələlik ayrılacaq vəsaitin məbləği dəqiq olmasa da, bir müddətdir “Misli”nin hər kluba 3 milyon manat ayıracağı barədə xəbərlər yayılıb. Həmin vəsaitin 2 milyonu Premyer Liqa təmsilçilərinin əsas komandası, 1 milyon manatı isə uşaq futbolu üçün ayrılacağı deyilir. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31