3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi”də yeni məşqçi təyinatı

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Nikolay Qriqori ilə 2 illik müqavilə bağlanıb. O, baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olacaq.

Qeyd edək ki, Nikolay Qriqori 1983-cü il iyulun 19-da Rumıniyanın Buxarest şəhərində anadan olub. Futbolçu kimi Rumıniya milli komandasının da üzvü olmuş Qriqori 2018-ci ildə məşqçiliyə başlayıb. 2018-2020-ci illərdə Buxarest “Rapid”inin U-17 komandasında baş məşqçi, əsas komandasında köməkçi məşqçi işləyib. 2020-ci ildə Rumıniya U-21 milli komandasında köməkçi məşqçi kimi çalışmış mütəxəssis 2020/2021 mövsümündə “Rapid”in baş məşqçisi olub. 2021-ci ildə “Universitatya Krayova”da baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olan Nikolayın sonuncu klubu “Metaloqlobus” (2021-2022) olub.Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, 54 yaşlı Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31