9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

"50-ci dəqiqədən sonra "Qarabağ"dan yaxşı oynadıq"

"Lex"in futbolçusu Mixal Şkoraş Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ötən gün "Qarabağ"a qalib gəldikləri ilk matç (1:0) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib:

"Asan oyun olmadı. Rəqib topa daha çox sahib idi, amma biz də meydanda yaxşı hərəkət etdik. Bizim də qol vəziyyətlərimiz var idi. Lakin bu oyunda bizi fərqləndirən bütün komandanın çox yaxşı təşkil olunmuş müdafiə oyunu idi. Rəqibin gözlə görünən üstünlüyünə baxmayaraq, əslində 100 faizlik qol imkanları yox idi. Fasilədən sonra oyuna yeni nəfəs gətirən dəyişikliklər bizə kömək etdi. Üstəlik, 50-ci dəqiqədən etibarən rəqibimizdən daha yaxşı oynadıq. "Qarabağ" hücumlar qurarkən onlara o qədər də sərbəstlik vermədik. Biz rəqibin qarşısını kəsməyə çalışdıq və onlar da səhv etdilər. Maykl İshaq bir hücumçunun olmalı olduğu yerdə idi. Buna görə də biz 1:0 hesabı ilə qalib gəldik. Bu, cavab oyunu üçün az da olsa, üstünlükdür".

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı cavab oyunu iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31