9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Yay Futbol Düşərgəsi" layihəsində 2-ci mərhələ keçirilib

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Abşeron-Xızı Regional Təhsil idarəsinin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsi keçirilib. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, düşərgənin 2-ci qrupun yekunu ilə bağlı "Kapital Bank Arena"nın konfrans zalında bağlı təbdir baş tutub. 

Tədbirdə “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranı Telman Salahov, “A” komandanın futbolçusu Süleyman Əhmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz və digər qonaqlar iştirak edib.

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 120-ə yaxın məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə keçirilir və bu müddət ərzində 1000-dən çox məktəbli bu tədbirin iştirakçısı olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31