2 May 2024, Cümə axşamı
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qəbələ” “Qaziantep”ə məğlub oldu

2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” “Qaziantep”lə qarşılaşıb.

Baş məşqçi Elmar Baxşıyev Superliqa təmsilçisi ilə matçda aşağıdakı start “11-liy”inə şans verib: Səlahət Ağayev, Asif Məmmədov, Murad Musayev, Ruan Renato, İlkin Qırtımov, Məqsəd İsayev, İsnik Alimi, Felipe Santos, Rafael Utziq, Rövlan Muradov, Emil Səfərov.

Qarşılıqlı hücumlarla keçən görüş erkən qolla başlayıb. Türkiyə klubu 7-ci dəqiqədə Papi Cilobocinin qolu ilə önə keçib. Oyunun fasiləsində hər iki komandanın heyətində dəyişikliklər olub. İkinci hissənin ortalarında superliqa klubu Aleksandr Maksimin qolu ilə fərqi artırıb. Az sonra "Qəbələ" fərqlənib. Meydana sonradan çıxan Ülvi İsgəndərov baxımlı qola imza atıb. Görüşün sonunadək komandalar hücumlarını davam etdirsə də, hesab dəyişməyib - 1:2.

Xatırladaq ki, qonşu ölkədə 2 matça çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31