3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Feras Abu Akal rəsmən “Qəbələ”də

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ”  heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb. 

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, israilli yarımmüdafiəçi Feras Abu-Akal 2022-2023-cü illər mövsümündən komandanın formasını geyinəcək. 

25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli forma altında çıxış edəcək. Feras peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31