9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Veşoviç: “Poznandan əlverişli nəticə ilə dönmək vacibdir”

“İlk oyunumuzu səfərdə keçirəcəyik. Həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Futbolxeber.az saytının məlumatına görə. bu sözləri “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə keçiriləcək oyun barədə Polşa mətbuatına açıqlamasında deyib.

Monteneqro millisinin üzvü ilk görüşün Poznanda keçirilməsinin "Qarabağ" üçün müsbət hal olduğunu bildirib: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də, daha asan olacaq”.

“Qarabağ”dan əvvəl - 2018-2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinmiş Veşoviç orada xoşagəlməz anlar yaşadığını qeyd edib: “Klubdakı insanlarla problemim var idi. Mənə hörmət etmədiklərini hiss etdim. Bərpa dönəmindəki hərəkətləri hörmətsizlik idi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər”.

Qeyd edək ki, “Qarabağ” “Legiya” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31