3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

De Byazi köməkçilərini dəyişib

Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər heyətində dəyişiklik baş verib. 

Futbolxeber.az saytının məlumatına görə, köməkçi-məşqçilərdən Klaudio Beluççinin ardından Benito Karbone də istefaya göndərilib. 

Bununla bağlı Karbone şəxsi instaqram hesabında paylaşım edib. O, yığmada əlamətdar iki ilinin artıq başa çatdığını söyləyərək, AFFA prezidenti Rövnəq Abdullayevə, məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib: "Mən burada çox xoşbəxt idim. Sizin sayənizdə mən özümü evimdəki kimi hiss etdim, məmnuniyyət və şərəflə işimi yerinə yetirdim. Sizinlə vidalaşır və karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm". 

Əvəzində yığmaya Fabio Qallo köməkçi-məşqçi təyin olunub. Martda Malta və Latviya ilə yoldaşlıq görüşlərində də məşqçilər skamyasında yer almış Qallonun rəsmi debütü ötən gün Nur-Sultanda Qazaxıstan yığmasına qarşı UEFA Millətlər Liqasının ilk tur matçına təsadüf edib. "Astana Arena"da keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Onun son iş yeri 2021-ci ilin fevralından oktyabrınadək baş məşqçi kimi çalışdığı İtaliyanın "Potentsa" komandası olub. 

Qeyd edək ki, hazırda baş məşqçi Canni De Byazinin köməkçiləri Fabio Qallo və Arif Əsədovdur. Bundan əlavə, Kamran Ağayev qapıçılarla iş üzrə məşqçi, Alessandro Skaya isə fitnes məşqçisi kimi çalışır ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31