9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

FİFA-dan millimizin üzvünə sərt cəza

FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla ev oyununda qonaqların futbolçusu Olivye Tillə qarşı kobudluq etməsidir. 

Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunluq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5000 İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31