9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aftandil Hacıyev: "Qol buraxmamağımız bizi sevindirdi"

“Həqiqətən də bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcəkdə bölgə klublarının sayı artar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Şamaxı" ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransında deyib.

O, azarkeşlər üçün maraqlı oyun keçdiyini bildirib: "Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Bu, ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur. Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik. Oyun boyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 0:0 hesabı ədalətli nəticədir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31