9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Şamaxı"nın baş məşqçisi "Səbail"lə oyundan danışdı

"Azarkeşləri qələbə ilə sevindirə bilmədiyimizə görə məyusam. Amma sevinirəm ki, 10 gün ərzində komandada dəyişiklik edə bilmişəm. İlk gündən hücum futbolu oynatmaq istəmişəm. Bu gün də bunun şahidi olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Qol vura bilmədiyimizə görə məyus oluram. Bəxtimiz gətirmədi. Ardıcıl acı məğlubiyyətlərdən sonra komandada ruh düşkünlüyü var idi. İlk gündən futbolçularla söhbət edirdim ki, bunu unudaq, növbəti oyunlara baxmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. Çətin psixoloji durumdan tamamilə çıxdılar. Gələcək matçlarda bundan da yaxşı oyun gözləyirəm".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31