9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rəşad Sadıqov: "Hər iki komanda qələbəyə layiq idi"

“İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm. Maraqlı, gərgin oyuna şahid olduq. Əsl kubok ab-havası var idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.

İlk oyunda da rəqibi ilə qolsuz heç-heçə edən "Zirə" bugünkü matçda penaltilər seriyasında üstün olaraq (4:2) finala yüksəlib. R.Sadıqov bu qələbəni belə şərh edib: 

“Hər iki komanda taktiki mübarizə apardı. Qol epizodları çox olmadı. “Zirə” azarkeşlərini, rəhbərliyini təbrik edirəm. İlk matçdakı ssenarinin davamına hazırlaşırdıq. 50-55-ci dəqiqədən sonra üstünlük “Neftçi”yə keçdi, topa nəzarəti itirmişdik. 5-3-2-dən 5-4-1 sisteminə keçdik. Ondan sonra komanda sanki nəfəs aldı, daha rahat oynamağa başladı. Oyunda gah bu, gah digər komanda üstün olurdu. Hər iki komanda qələbəyə layiq idi”.

O, matçdan əvvəl penaltilər seriyasına hazırlaşmadıqlarını əlavə edib: "Heç hazırlıq görməmişdim. Məşqdə bir an fikirləşdim. Amma istəmədim futbolçularıma mesaj verim ki, biz 0:0 hesabına oynayacağıq. Komandanı qələbəyə kökləyirdik. Amma kimlərin penaltini necə vurduğu haqda məlumatımız var idi. Penalti elədir ki, dünya ulduzları da bəzən qaçırırlar. Bu üzdən hazırlaşmamışdıq".

Qeyd edək ki, "Zirə" mayın 27-də keçiriləcək final matçında "Qarabağ"la qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31