9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Namik Ələskərovla bağlı iddia

"Bursaspor"da çıxış edən millimizin üzvü Namik Ələskərov haqda yeni iddia yayılıb.

Futbolxeber.az saytının məlumatına görə, Türkiyə mətbuatı Superliqa təmsilçisi "Sivasspor"un  27 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını yazıb.

Bildirilib ki, "Bursaspor" Türkiyə 1-ci liqasını tərk etsə, Namiklə müqavilə avtomatik olaraq ləğv ediləcək.

Xəbərdə millimizin oyunçusunun Superliqanın bir çox klublarının maraq dairəsində olduğu da vurğulanıb. Namikin karyerasını Türkiyədə davam etdirmək istədiyi və yüksək liqada göndərilən təklifləri dəyərləndirəcəyi bildirilib.

Qeyd edək ki, N.Ələskərov bu mövsüm meydana çıxdığı 29 matçda 6 qol vurub, 6 qolun ötürməsini verib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31