9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Sabah"dan iki rekord birdən

“Sabah” iki rekorda imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu Premyer Liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib. Bu, 24-cü turun “Şamaxı” ilə ev görüşündə gerçəkləşib.

5:1 hesabı ilə qalib gələn bakılılar indiyədək heç vaxt 3-dən çox qol vurmamışdı. 12 qarşılaşmada üç top vuran və bunların altısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox - 5 qol vurub.

Bu, klub tarixinin Premyer Liqadakı yubiley - 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların Premyer Liqadakı 100-cü qolunu vurub. Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31