2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

«Qəbələ» - «Qarabağ»: 65-ci duel

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. 

Futbolxeber.az saytının məlumatına görə, komandalar 10 gün ərzində iki dəfə kubok, bir dəfə çempionatda üz-üzə gələcəklər. Bununla da indiyədək 64 dəfə qarşılaşan komandaların duellərinin sayı 67-yə çatacaq. 

Əvvəlki qarşılaşmalarda 12 dəfə qalib gələn “qırmızı-qaralar” 20 qarşılaşmada heç-heçə edib. Digər 32 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 51 qol vuran “Qəbələ” öz qapısından 97 top buraxıb.

Ölkə kubokunda komandalar 11 matça çıxıb. 2 qələbə və 5 heç-heçəsi olan “Qəbələ” 4 görüşdə uduzub. 8 qola imza atan komanda 14 top buraxıb.

Premyer Liqada keçirilən 53 oyunda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edibsə, 28 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan “qırmızı-qaralar” 83 top buraxıb.

“Qəbələ” 32-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 11 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən “Qəbələ”  39 qola üzülüb.

Xatırladaq ki, “Qəbələ” - “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31