2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Samir Abasov üçün əlamətdar qələbə

“Neftçi” Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən xəbər verir ki, bu qələbə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov üçün ikiqat əlamətdar olub. 

44 yaşlı mütəxəssis karyerasında 75-ci, Bakı klubunun “sükanı arxası”nda 30-cu dəfə qələbəyə sevinib. Karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Neftçi”də çalışmış Abasovun komandaları Premyer Liqada 66, Azərbaycan kubokunda 7, avrokuboklarda 2 dəfə qalib gəlib. “Ağ-qaralar”ın 30 qələbəsindən 27-si Premyer Liqa, 1-i ölkə kuboku, 2-si avrokuboklara təsadüf edib.

“Neftçi” rəqibinə Bəxtiyar Həsənalızadənin avtoqolu ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin rəqiblərinin ölkə çempionatları tarixində vurduğu 20-ci avtoqoldur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31