2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Namik Ələskərov: "Bir qol vursam, ardı gələcək"

"Həmin epizodda bir az tələsdim. Bir addım da atıb zərbə vursaydım, daha yaxşı alına bilərdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözıləri Türkiyənin "Bursasor" klubunda çıxış edən azərbaycanlı futbolçu Namik Ələskərov 1-ci liqanın 30-cu turunda "Kocaelispor"la görüşdən sonra yerli mətbuata açıqlamasında deyib.

2:1 hesablı qələbə qazandıqları matçda məhsuldar ötürmə ilə yadda qalan millimizin üzvü bir neçə oyundur qol vura bilməməsi haqda da danışıb: "Son vaxtlar nədənsə qol vurmaqda çətinlik çəkirəm. Bir qol vursam, ardı gələcək. Tilsimi heç cür qıra bilmirəm. İnşallah, qarşıdakı matçlarda qol və assistlərlə komandama faydalı ola bilərəm”.

27 yaşlı yarımmüdafiəçi 18-ci pillədə olan komandasının liqada qalacağına inandığını deyib: “Ümid edirəm ki, “Bursaspor” liqada qalacaq. Bu komandanın aşağı liqaya düşməsini fikirləşmək belə istəmirəm. Buna görə də son tura qədər mübarizəmizi davam etdirəcəyik. İnanırıq ki, aşağı liqaya düşməyəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31