2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Mahir: "Bu, mənim üçün çox vacib idi"

Azərbaycan millisinin "Dinamo"da çıxış edən futbolçusu Mahir Emreli komandanın heyətində vurduğu ilk qolu şərh edib. 

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Xorvatiya çempionatında "Riyeka"nı məğlub etdikləri (2:1) oyunda fərqlənib. 

O, klubun mətbuat xidmətinə açıqlamasında komandasına kömək edə bildiyi üçün xoşbəxt olduğunu deyib: "Çətin matç oldu. Bilirik ki, hər qələbə bizim üçün vacibdir. Oyuna yaxşı başlamadıq. Düşünürəm ki, buraxılan qoldan sonra nəzarəti ələ aldıq, yaxşı oynamağa başladıq.

İkinci hissədə qolumuzu vurduq. "Dinamo"da ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bütün komandamı, azarkeşlərimizi təbrik edirəm. Şükürlər olsun ki, qol vura bildim. Bu, mənim üçün çox vacib idi. Bütün komanda yoldaşlarıma, məni dəstəkləyənlərə, məşqçilər korpusuna təşəkkür edirəm. İşləməyə davam edəcəyik. İrəlidə vacib oyunlar var. Növbəti matçlara hazırlaşacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31