2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Qazaxıstan millisi Bakıya erməni baş məşqçi ilə gələcək?

Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın rəqibi olan Qazaxıstan millisinin baş məşqçisi vəzifəsi boş qalıb.

Futbolxeber.az saytının məlumatına görə, yerli federasiya baş məşqçi vəzifəsini icra edən Andrey Karpoviçlə yolları ayırıb. Onunla müqavilənin uzadılmayacağı bildirilib.

Məlumata görə, Qaxıstan Futbol Federasiyası baş məşqçi vəzifəsini Qriqori Babayana həvələ etmək fikrindədir. 42 yaşlı erməni mütəxəssis hazırda Rusiyanın ÇSKA klubunda Aleksey Berezutskinin köməkçisi işləyir. Onun klubla müqaviləsi bu ilin mayında başa çatır. 

Q.Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisinin məşqçilər korpusunda yer alıb. O, eyni zamanda “Astana” və “Tobol”da çalışıb. 

Qeyd edək ki, millimizin qapıçısı Emil Balayev məhz Babayanın “Tobol”a baş məşqçi təyinatından sonra - 2019-cu ildə həmin komandanı tərk etmişdi. 

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Slovakiya və Belarus Millətlər Liqasının C liqasının 3-cü qrupunda mübarizə aparacaq. Qazaxıstanla Azərbaycan arasında oyunlar bu ilun 3 iyun (səfərdə) və 25 sentyabr (Bakıda) tarixlərində keçiriləcək.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31