2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qəbələ”də yubiley

Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 21-ci turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) klubun yetirməsi üçün əsas komandada 70-ci matç olub.

24 yaşlı futbolçunun debütü 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda - mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.

Muradov indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.

Xatırladaq ki, Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31