2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

De Byazi: “Azlıqda qalmağımız oyun planımızı dəyişdi”

“Təbii ki, bir nəfər azlıqda qalmağımız oyun planımızı dəyişdi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis yoxlama matçında Latviyadan alınan 0:1 hesablı yenilgini belə şərh edib:Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nazarovla qol vurmaq şansımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm. Son dəqiqələrədək mübarizə apardıq. Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. Ümumiyyətlə, iyunda Millətlər Liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq”.

Nəticə ürəkaçan olmasa da, italiyalı mütəxəssis futbolçularından razılıq edib: “Qol epizodundan öncə künc zərbəsi zamanı bizim lehimizə qayda pozuntusu olmuşdu, amma hakim tam əks tərəfə cərimə verdi. Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda pozitiv məqamlar gördüm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31