2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Azərbaycanda azarkeş limiti ilə bağlı qadağa ləğv olundu

Peşəkar Futbol Liqası azarkeşlərlə bağlı məlumat yayıb.

Futbolxeber.az-ın məlumatına görə, qurumun rəsmi saytında yer alan xəbərdə qeyd olunub ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar növbəti turdan etibarən Azərbaycan Premyer Liqasının və I Divizionun oyunları zamanı stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.

- Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan Peşəkar Futbol Liqası azarkeş limiti ilə bağlı dəyişiklik edib. Ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək I Divizionun XIX və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.

Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31