4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Obradoviç qələbəni şərh etdi: "Layiqli və haqq etdiyimiz qələbəni qazandıq"

"Gec də olsa hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Bugünkü dəstəklərinə görə sumqayıtlı azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi çox gözəl dəstəklədilər və lazımi enerjini verdilər. Futbolçulara da təşəkkür edirəm. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç deyib. 

Serbiyalı mütəxəssis Estoniya üzərində qazanılan 3:0 hesablı qələbəni belə şərh edib: 

"Rəqibin oyunları izləyib, analiz etmişdik. Estoniyadan bu oyunu gözləyirdik. Bilirdik ki, uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Səbr etməli, öz fürsətlərimizi gözləməli və qol vurmalı idik. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bu cür futbol oynayan komandalarla oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31