9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: "Qələbə öz-özünə gəlmir"

"Qələbə öz-özünə gəlmir. Onu axtarmaq lazımdır. Bunu birlikdə edə bilərik. Yeni layihəyə başlayırıq. İyunda 4 oyun keçirəcəyik və bizə 30-a yaxın futbolçu lazım olacaq. Bizə indi birlik lazımdır. Hamımız başa düşməliyik ki, bu bayraq üçün mübarizə aparırıq və uğur qazanmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi Millətlər Liqası matçlarının mövsüm başa çatdıqdan sonra oynanılmasının çətinlik yaradacağını istisna etməyib: "Amma rəqiblərimiz də yorğun olacaq, ağır mövsümdən sonra oynayacaqlar. Balanslı qrupdur. Slovakiyanı çıxmaq şərtilə, digərləri ilə mübarizə aparmaq olar. 3 gündən bir oynayacağımız üçün səfərlər edəcəyik. Qrupumuzdakı digər rəqibin bilinməsi üçün pley-off oyunlarını gözləyirik".

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31