9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Millimizin baş məşqçisi Azər Əliyev haqda nə dedi?

Millimizin baş məşqçisi De Byazi Azər Əliyevin Azərbaycan yığmasına cəlb olunması məsələsinə münasibət bildirmək istəməyib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında bu barədə sualı belə cavablandırıb: "Yaxşı olardı ki, bu barədə başqa vaxt danışaq. Malta ilə matça hazırlaşırıq və udmaq istəyirik. Bütün diqqətlərimiz qarşıdakı matçlardadır. Hazırda əlimizdəki oyunçulardan bəhs etmək istəyirəm".

Təcrübəli mütəxəssis U-21 yığmasına çağırılan "Qarabağ"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadənin daha sonra A milliyə cəlb olunmasına da münasibət bildirib: "Əvvəlcə onu U-21-ə buraxmaq istədim. Amma Namik Ələskərov zədələndiyindən Rüstəmi əsas milliyə çağırdım. Düzdür, bu mövsüm az oynayır, amma ona ümidim böyükdür. Azərbaycan futbolunun gələcəyi ola bilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31