9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Lukas Rangel Bakı klubunu seçməsinin səbəbini açıqladı

"Sabah"ın yeni transferi Lukas Rangel Bakı klubunu seçməsinin səbəbini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı hücumçu bir çox təklifə baxmayaraq, Azərbaycan təmsilçisinin onu daha çox istədiyini bildirib.

Braziliyalı forvardın sözlərinə görə, ailəsi və agenti ilə məsləhətləşdikdən sonra "Sabah"ın dəvətini qəbul edib: "Çünki bu klub mövsümün son hissəsində məni heyətində görmək üçün daha çox istək nümayiş etdirdi".

Paytaxt təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayan təcrübəli oyunçu yeni komandasında qısa müddətdə debüt edəcəyinə inandığını vurğulayıb: "Bunun üçün daha çox çalışmalıyam. Ən çox sevdiyim işə, futbola qayıtmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Lukas Rangel karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31