9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Neftçi”dən Azərbaycan çempionatları tarixinin rekord göstəricisi

“Neftçi”nin daha üç futbolçusu Premyer Liqanın bu mövsümündə qol hesabını açıb.

Futbolxeber.az saytının məlumatına görə, 20-ci turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar”ın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib.

Bununla da Bakı klubunun heyətində çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. “Neftçi” 2008/09 mövsümündə “İnter”in (indiki “Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşamışdı. “Neftçi”nin əvvəlki rekordu 16-ya bərabər idi. 2008/09 və 2013/14 mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. “Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31