9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aftandil Hacıyev: "Son oyunda bir qədər həvəsdən düşsək də..."

"Həqiqətən, maraqlı oyun alındı. Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin gücü bəllidir". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, istədikləri qələbəni əldə edə bilmədiklərini vurğulayıb: "Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci hissədə daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31