3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Ayxan Abbasov: "Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə" 2:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, matçın maraqlı keçdiyini deyib:

“Bildiyiniz kimi, hazırda milli komandanın oyunlarına görə çempionatda fasilə yaranıb. Bizim də 6 futbolçumuz “A” millinin, 2 futbolçumuz isə U-21-in düşərgəsindədir. Yaranmış bu fasiləni biz də səmərəli şəkildə dəyərləndirmək istəyirik. Bu müddət üçün iki yoxlama oyunu planlaşdırmışdıq ki, onların birincisini bu gün “Keşlə”yə qarşı keçirdik.

Geridə qalan iki turda iştirak etməyən və az vaxt alan futbolçuları bu gün meydana buraxdıq ki, onları da 90 dəqiqə ərzində iş başında görək. Əvəzedici komandanın gənc futbolçularına da bu gün şans verdik. Onlar da oyunun tempinə rahat uyğunlaşa bildilər. Maraqlı oyun oldu. Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31