2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

"Ümid edirəm, biz də "Qarabağ"dan üzr istəyəcəyik”

Şotlandiyanın “Aberdin” klubunun kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi açıqlamasında deyib:

“Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onlar bizi irəli aparırlar. Cümə axşamı stadionda böyük izdiham olacağına ümid edirəm. Son vaxtlar azarkeşlərimizin qarşısında oynaya bilməmişik. Bunun üçün darıxmışdıq.

Qrup mərhələsində çıxış etmək bizim üçün böyük uğurdur. Həm yaxşı pul mükafatları olur, həm də gənc futbolçuların burda mübarizə aparması əladır".

Şotlandiyalı futbolçu Bakıda 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələni keçəcəklərinə ümid etdiklərini bildirib: "Bakıdakı oyunda meydança qorxunc idi, amma bu vəziyyətdə oynamağa məcbur idik. Meydança hər iki komandaya mane olurdu. Görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün biz də onlardan üzr istəyəcəyik”.

Qeyd edək ki, “Aberdin” - “Qarabağ” matçı avqustun 26-da keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31