3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qurban Qurbanov: “Meydança hər iki komandaya maneçilik törətdi”

“Futbolçularımı təbrik edirəm. Dünən də demişdim ki, çalışacağıq azarkeşlərimiz razı qalsın”.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”ə Bakıda qalib gəldikləri (1:0) oyundan sonra mətbuat konfransında deyib.

- Tam yaxşı oyuna söz vermirdim, bəzi səbəblərə görə. Futbolçularım sona kimi qələbə hesabını qoruya bildi. Matçboyu çalışdıq oyunu rəqib meydanında quraq. Bilirdik ki, standart vəziyyətlərdə təhlükəlidirlər. Rəqib uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdir. Cütün taleyi cavab görüşünə qaldı. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etmək, daha yaxşı oynamaq olar. Çalışacağıq oyunu müdafiədən yox, hücumdan quraq. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar. Hər birinə təşəkkür edirəm.

- Razı qaldığınızı desəniz də, 90 dəqiqə sanki narazı görünürdünüz. Bu, meydança amili ilə bağlı idi?

- Narazı deməzdim. Sadəcə aqressiv idim. Oyunda səbir çox vacibdir. Futbolçuları diqqətli olmağa çağırırdım.

- Səfər matçında bir aparıcı oyunçunuz olmayacaq. Bu, sizə mane olmayacaq?

- İnşallah, oyunumuzu buna uyğun qurmağa çalışacağıq.

- Meydança amili hansı komandaya mane oldu?

- Nəsə demək çətindir. “Aberdin” fiziki cəhətdən güclüdür, uzun toplardan istifadə edir. Amma topla oynamağı xoşlayırlar. Meydança hər iki komandaya maneçilik törətdi. Səfərdə də meydançanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Meydançaya uyğun oyun qurmuşduq. Şotlandiyada da bu cür edəcəyik.

- Komandanız qrupa düşsə, başqa stadionu sifariş etmək planınız var?

- Hər il bu vaxtlar meydança problem olur. Cavab oyunu keçirəcəyik, ondan sonra da xeyli fasilə də olacaq. Meydançanın durumu yaxşılığa doğru getməlidir. Hava sərinləşir, meydançaya baxmaq daha asanlaşacaq. Əgər problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar.

- Komandaya yeni hücumçunun gəlməsi Ramil Şeydayevə necə təsir edəcək?

- Məncə, daha yaxşı. Rəqabət olacaq, yerini qorumaq üçün daha çox çalışacaq. Bizdə qrafik həddən artıq ağırdır. Yaxşı oyunçulara hər zaman ehtiyacımız var (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31