3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Aberdin" rəsmisi: "UEFA belə bir meydanda necə oyun sala bilər axı?"

"Aberdin"in idarə heyətinin sədri Deyv Kormak Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıdakı görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünü tənqid edib.

Futbolxeber.az saytının məlumatına görə, o, stadionun ot örtüyünün fotolarını paylaşaraq yazıb:

"UEFA belə bir meydanda necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus "İnverdi"də keçirməliyik!"

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Aberdin" matçı saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu avqustun 26-sı Şotlandiyada olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31