2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Stiven Qlass: "Sabah bizi möhtəşəm oyun gözləyir"

"Qarabağ"ı təhlil etmişik. Avropada kifayət qədər məşhurdur. Sabah bizi möhtəşəm oyun gözləyir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Şotlandiyanın "Aberdin" klubunun baş məşqçisi Stiven Qlass Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda hər iki komandanın şansları eynidir. "Qarabağ"a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibin son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var".

Onun sözlərinə görə, "Qarabağ" Avropada tanınan komandadır: "Aberdin" də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və bu, Şotlandiyada olacaq".

Qlass Bakıdakı isti havadan şikayətlənib: "Hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam olacaq".

Mütəxəssis "Qarabağ"ın heyətində 4 futbolçunu fərqləndirib: "Abdullah Zubirlə yanaşı, Kadi Borqes, Filip Ozobiç və Ramil Şeydayevi qeyd edə bilərəm".

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31