3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Samir Abasov: “Makkabi” əvvəlki rəqiblərdən daha təhlükəlidir”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsində Hayfa “Makkabi”si ilə keçiriləcək sabahkı oyun öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, komandasının hazırkı durumunu dəyərləndirib:

- Sabahkı oyunun gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün son şansımızdır. Bütün bacardığımızı meydana qoymalıyıq. Gizlətmirəm ki, yaxşı nəticə haqda fikirləşirik. Çox çətin rəqibdir. Bu mövsüm oynadığımız rəqibləri müqayisə etsək, “Makkabi” əvvəlkilərdən daha təhlükəlidir. Həddən artıq təhlükəli oyunçuları var. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq buna hazırıq.

- Komandada son durum nədir?

- Narahat edən məqamlar var. “Qəbələ” ilə matçdan sonra bəzi uşaqların səhhətində problem yaşandı. Proqramdan kənara çıxmalı olduq. Bəzi oyunçular məşq etməli idi, onlara istirahət verdik, Sezar Meza Kolli cəzalı idi. Meza Kolli və Sabir Buqrinin nə dərəcədə hazır olduqlarını deyə bilmərəm. Sabah meydanda olacaqlar. Amma fiziki durumlarının gözlənilən səviyyədə oynamalarına imkan verib-vermədiyini görəcəyik.

- Uqo Başto oynamağa hazırdır?

- Xeyr, hələ hazır deyil. Koronavirusdan təzə sağalıb, yeni məşqlərə qoşulub. Sıx qrafikdə oynayırıq. Heç bir məşqimiz fiziki gücü artırmaq yöndə deyil ki, Uqoya artıq məşq proqramı verək. Ümumiyyətlə, hələ hazır deyil. Sabah iştirak ərizəsində ola bilər. Amma çox güman ki, oynamayacaq (apasport.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31