2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Rüfət Dadaşov ABŞ klubu ilə vidalaşdı: “Bunu heç vaxt unutmayacağam”

"Finiks Rayzinq"dən "Şalke"nin əvəzedici komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov keçmiş klubu ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

O, Arizona təmsilçisinə təşəkkür edib:

"Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31