3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Elmar Baxşıyev: “Komandaya inamım çoxdur”

"Düşünülən nə var idisə, komandamız onu meydanda nümayiş etdirməyə çalışdı. Bilirdik ki, müəyyən çətinliklər olacaq. Çünki heyət hələ formalaşmaqdadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə qeydə alınan 2:2 hesablı bərabərliyi belə şərh edib: "Bəzi oyunçular bir həftədir bizə qoşulublar. Onların fəlsəfəmizə uyğunlaşması bir az vaxt aparacaq. Komandaya inamım çoxdur, gələcək oyunlarda da öz məzmunlu oyunu ilə azarkeşləri sevindirməyə çalışacaq. Qapıçının oyunundan razıyam. Onun oyununu inamsız adlandırmazdım. Çıxışlarda da yaxşı idi, müdafiəni idarə etməkdə də. Onun artırmaq üçün potensialı da var”.

Baxşıyev komandaya yeni hücumçunun qoşula biləcəyini də qeyd edib: “Komanda yeni olduğundan bəzi komponentlərin üzərində çalışırıq. Penalti zərbəsi zamanı bir neçə oyunçunun topu götürmək arzusunda olması hücuma meyilli futbolçuların qol vurmaq istəyindən xəbər verir. Bunu müsbət qarşılayıram. Rəhbərlik qarşımıza ilk növbədə komandanı formalaşdırmaq vəzifəsi qoyub. Hücum xəttinə yeni futbolçu düşünürük. Ön xətdə sıxıntı da var, maraqlandığımız oyunçu da. Hələ rəsmi razılıq əldə etməmişik. Bu ildən U-19-un gələcək vəd edən futbolçuları da bizimlədir. Onlar akademiyamızın potensiala malik yetirmələridir. Qarşıdakı görüşlərdə bu futbolçuları da meydanda görə bilərik.

Asif Məmmədovun mikrozədəsi var. Ona görə çalışdıq ki, futbolçumuzu qoruyaq. “Neftçi”dən daha çox öz komandamıza nəzər yetiririk. Rəqibdən asılı olmayaraq dominant futbol oynamağa çalışırıq. Bu gün təəccüblü bir şey olmadı, komandanı belə oyuna hazırlamışdıq. Rəqibin üstün və zəif cəhətlərini bilir və bundan yararlanmağı planlaşdırırdıq. Oyunçular bunun öhdəsindən gəlirdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31