3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Yunan futbolçu: "Neftçi" əla komandadır, dəhşətli oyun görəcəyik"

"Azərbaycan çempionatı mənim xoşuma gəlir. Burada yaxşı futbol oynayırlar, yaxşı şəraitləri, yaxşı meydanları var. Bunların hamısı idmançılar üçün vacibdir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə"nin futbolçusu Dimitios Çantakias "BN Sports" nəşrinə müsahibəsində deyib.

Yunanıstanlı mərkəz müdafiəçisi Azərbaycanın dinamik sürətlə inkişaf etdiyini bildirib: "İnsanlar inanılmaz olması böyük üstünlükdür. Özümü çox gözəl hiss edirəm. Kollektivdə isti ab-hava hökm sürür. Bu səbəbdən, dərhal uyğunlaşdım".

26 yaşlı oyunçu Azərbaycan və Yunanıstan futbolu arasında bir çox oxşarlığın olduğunu da söyləyib: "Hər ikisinin özünəməxsus keyfiyyətləri yoxdur. Əlbəttə, burada yaxşı müdafiə olunmaqla yanaşı, əla döyüşürlər. İnanılmaz pulları çölə tullamasalar da, yaxşı komandaları var. Buna görə də Yunanıstan komandalarının işini çətinə salırlar. Bu, onların oyun üslubudur".

Çantakias "Olimpiakos"un bu gün Bakıda "Neftçi" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə də danışıb.

O bildirib ki, Yunanıstan təmsilçisi bir komanda kimi ölkənin sifətidir və Azərbaycan paytaxtına qapanmaq üçün gəlməyib: "Təbii ki, "Olimpiakos" öz ritmini göstərəcək və müəyyən qədər favorit sayılır. Lakin "Neftçi"ni də qiymətləndirməmək olmaz. Bu, 3 ildir formalaşmış kollektivdir. Onların "Olimpiakos"a zərər yetirəcək futbolçuları var. Habelə, "Neftçi" üçün fanat amili də mövcuddur. Fikrimcə, mübariz oyunun şahidi olacağıq".

"Zirə"nin legioneri "Olimpiakos"a "Neftçi"ni üstələməyin yollarını da göstərib: "Qalib gəlmək üçün bacarığının ən yaxşısını etməlisən. Top saxlamalı, "Neftçi"nin üstünlüyə yiyələnməsinə, qalib gələ biləcəyini və favorit olduğunu düşünməsinə imkan verməməlisən. Rəqib əla komandadır və biz dəhşətli oyun görəcəyik" ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31