2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Konfrans Liqası: Klublarımızın mümkün qazancı açıqlandı

UEFA Konfrans Liqasında təsnifat mərhələləri üçün mükafatın məbləği açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, I təsnifat mərhələsində uduzanlar 150 000 avro, II təsnifat mərhələsində uduzanlar isə 350 000 avro əldə edəcək.
 
III təsnifat mərhələsində məğlub olanlara 550 000 avro, pley-offda yenilənlərə isə 750 min avro veriləcək.
 
Üstəlik, klubların hər biri hansısa təsnifat mərhələsinə qatılması qarşılığında əlavə 100 000 avro əldə edəcək.
 
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ", "Keşlə" və "Sumqayıt" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu isə o deməkdir ki, hər üç komanda ilk görüşdə uduzsa, büdcəsinə 450 min avro əlavə edəcək.
 
Daha əvvəl Konfrans Liqasının qrup və daha sonrakı mərhələlərinin mükafat fondu açıqlanıb.
 
Xatırladaq ki, klublar ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində 240 min avro qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31