1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

ÇL: "Neftçi" üçün şad xəbər

Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq 26 klub müəyyən olub.
 
Futbolxeber.az saytının mılumatına görə, bunların 13-ü səpələnmişlər, 10-u səpələnməmişlər səbətində yer alıb.
 
3 klubun isə hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.
 
Bu mövsüm ölkəmizi ÇL-də təmsil edəcək "Neftçi" səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Samir Abasovun komandası səpələnmişlərə, yəni daha güclü komandalara potensial rəqibdir.
 
Ötən gecə İngiltərə Premyer Liqasının son turundakı nəticələr "Neftçi" üçün sevindirici məqamla əlamətdar olub. Çempionlar Liqasının finalçısı olan "Çelsi" son turda yeni mövsüm üçün də bu turnirə vəsiqə qazanıb. Bu isə yarışın 2021/22 mövsümünün komanda bölgüsündə dəyişikliklərlə nəticələnib. Məsələ burasındadır ki, “Çelsi”nin uğuru sayəsində "Olimpiakos" (Yunanıstan) və "Srvena Zvezda" (Serbiya) artıq 1-ci deyil, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu komandalar isə "Neftçi" üçün çətin rəqiblərdən sayılırdı.
 
Çemponlar Liqası
 
1-ci təsnifat mərhələsi
 
Səpələnmişlər: "Dinamo" (Zaqreb, Xorvatiya), "Ludoqorets" (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), "Legiya" (Polşa), "Şerif" (Moldova), “Ferensvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Dinamo" (Tbilisi, Gürcüstan), "Jalgiris" (Litva), "Slovan" (Slovakiya), "Flora" (Estoniya), "Buduçnost" (Monteneqro)
 
Səpələnməmişlər: "Helsinki" (Finlandiya), "Şaxtyor" (Belarus), "Neftçi" (Azərbaycan), "Şemrok Rovers" (İrlandiya), "Konnahs Kuey" (Uels), "Valyur" (İslandiya), “Bude Qlimt” (Norveç), "Mura" (Slovenoya), "Banya" (Bosniya və Herseqovina), “Hamrun Spartans” (Malta)
Qeyri-müəyyənlər: “Kayrat” (Qazaxıstan), "Linkoln" (Cəbəllütariq), "Riqa" (Latviya)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31