2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Gerye "Legiya"ya qarşı oynaya bilər

"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qarşı oynaya bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a haitili yarımmüdafiəçinin özü açıqlama verib.

31 yaşlı oyunçu bildirib ki, artıq pasport məsələsi həllini tapıb: "Bu gün lazımi sənədi göndərdilər. Haiti prezidenti bu işdə mənə yaxından kömək etdi. Varşavaya getmək istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir. Klubdan cavab gözləyirəm. Amma hələ heç nə bilinmir".

Polşa mətbuatı isə yazıb ki, Gerye Bakıdan İstanbula, oradan isə Varşavaya uçacaq. Onun bu gün axşam və ya sabah səhər saatlarında Polşada olacağı bildirilib.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31