2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Marko Deviç yenidən “Sabah”da

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu Marko Deviç bu mövsümün sonuna kimi komandanın uğurları üçün çalışacaq.

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko Bakı təmsilçisinin Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31